AZ
  • AZ
  • EN

Ağdaş rayonu Tofiqi kəndinə internet xəttinin çəkilişində yaranan naməlum səbəblələ bağlı

Yaranma tarixi
11.06.2022
Son iştirak tarixi
11.07.2022
Kateqoriya
Sorğunu yaradan
MƏMMƏDSAN HƏSƏNOV ƏFQAN OĞLU
Mövzu

Salam, Artıq 1 ilə yaxındır ki, Ağdaş rayonu Tofiqi kəndinə internet xətləri çəkilir. Ancaq ötən müddət ərzində kənd sakinləri nəinki internetlə təmin edilib, heç iş icraçıları işlərini düzgün formada yerinə yetirməyiblər. Belə ki, internet xətləri qoşulacaq olan dirəklər bir neçə dəfə torpağa basdırılıb və yeri dəyişdirilib. (Bu da öz növbəsində əlavə vaxt itkisi və maliyyə itkisidir.) Kəndin bir neçə yerində torpağa basdırılımış internet xətti dirəkləri heç internet verilməmişdən yerindən aşıb. Kənd sakinləri 1 ilə yaxındır ki internetlə təmin olunacaqları günü səbirsizliklə gözləyirlər. Sözügedən kənddə nə evlərdə nə də orta məktəbdə internet yoxdur. Buna görə də kənd sakinləri olan məktəblilər internetin olmaması səbəbindən dərslərinə yaxşı səviyyədə hazırlaşa bilmir, dünyada baş verən heç bir texnoloji yeniliklərdən xəbər tuta bilmirlər. Kənd sakinləri olaraq aidiyyatı orqanlardan xahiş edirik ki, Tofiqi kəndinə internet çəkilməsi məsələsinə baxılsın və yarımçıq qalan işlər yekunlaşdırılsın və sakinlər internetlə təmin olunsun. Önəcədən təşəkkür edirik.

Ünvan
Ağdaş Rayon İcra Hakimiyyəti