AZ
  • AZ
  • EN

Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi

Yaranma tarixi
02.07.2024
Son iştirak tarixi
01.08.2024
Kateqoriya
Sorğunu yaradan
YUNUS KƏRİMOV ƏZİZƏLİ OĞLU
Mövzu

Salam, Səməd bəy Mehmandarov 17 küçəsində yerləşən, Bakıxanov Residence "briliance" adlanan yaşayış kompleksinin qarşısında piyadalar üçün nəzərdə tutulmuş keçid zolağı var, həmin zolağın düz üstündə maşınların park edilməsi insanların bir başa yolu keçməsinə maniə olur və həmin yolda hərəkətdə olan nəqliyyat vasitələrinin intensivliyini nəzərə alaraq zolağda park edilən maşınlar piyadanın yolu keçmək istediyi zaman görünməsini məhdudlaşdırır. Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə keçid zolagının parklanma hissəsinə düşən əraziyə maşın parklanmasını qadagan edən səthin quraşdırılmasında köməklik göstərməyinizi sizdən xahiş edirəm.

Ünvan
Sabunçu Rayon İcra Hakimiyyəti