Yol örtüyünün restavrasiyası
- Yaranma tarixi
- 27.10.2022
- Son iştirak tarixi
- 26.11.2022
- Kateqoriya
- Təmir və abadlıq
- Sorğunu yaradan
- NURLAN HÜSEYNZADƏ RÖVŞƏN OĞLU
- Mövzu
Hörmətli Taleh müəllim, Bildirirəm ki, Lənkəran rayonunun mərkəzində yerləşən Şiləvar kəndinin (məkəzi Nizami küçəsi) yol örtüyü yararsız olması nəqliyyat vasitələrinin, eləcədə müntəzəm marşrut xəttinin hərəkətində ciddi problemlər yaratmaqdadır. Bundan əlavə kəndin əsas mərkəzi küçəsində Şiləvar kənd məktəbi, Lənkəran Poçt Filialının Şilavar poçt şöbəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının inzibati ərazidairələri üzrə Şiləvar kənd nümayəndəsi yerləşir. Yol örtüyündə yaranan böyük çalalar yağıntılı vaxtlarda daha acınacaqlı vəziyyət yaratmadadır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Sizdən kəndin mərkəzi küçəsində yol örtüyünün restavrasiyası edilməsini (yamaq) xahiş edirəm. Qoşma: 6 (vərəq)
- Ünvan
- Lənkəran rayonu, Şiləvar kəndi, Nizami küçəsi (mərkəzi küçə)
- Sənəd və şəkillər
- Bitərəf
- Razı deyiləm
- Razıyam