AZ
  • AZ
  • EN
“ASAN Login”də hesab aç, 70-dən çox sistemə bir məkandan giriş et

“ASAN Login” dövlət və özəl qurumlar tərəfindən göstərilən rəqəmsal xidmətlərdən istifadə etmək üçün Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan Vahid Giriş Sistemidir.

“ASAN Login” öz istifadəçilərinə bir sıra üstünlüklər təqdim edir:

1. Müxtəlif hökumət və qeyri-hökumət portallarında şəxsi kabinetə daxil olmaq üçün çoxsaylı istifadəçi adı və şifrələri yadda saxlamaq məcburiyyətini aradan qaldırır;

2. Müxtəlif sistemlərdə eyni şəxsin fərqli istifadəçi məlumatlarının yaranmasının qarşısını alır;

3. İstifadəçi öz səlahiyyətlərini vahid mərkəzdən idarə etmək imkanı əldə edir.

“ASAN Login”də 4 giriş üsulu mövcuddur:

• İdentifikasiya nömrəsi ilə;

• “Asan İmza” ilə;

• elektron imza ilə;

• BSXM-in (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə.

“İdentifikasiya nömrəsi ilə” giriş üsulu şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi ilə “ASAN Login”də qeydiyyatdan keçən vətəndaşlar üçün nəzərdə tutulub.

• Əgər mobil nömrə öz adınızadırsa, şəxsiyyət vəsiqəsinin FİN ilə qeydiyyatdan keçin. Təlimat videosu: https://youtu.be/aqcALD1jT7k   

• Əgər mobil nömrə öz adınıza deyilsə, videoqeydiyyat vasitəsilə hesab açın. Təlimat videosu: https://youtu.be/UCBVu2hyzv8 

“ASAN Login”də qeydiyyatdan keçməklə, 37 qurum və 73 sistemə vahid məkandan giriş əldə edəcəksiniz:

• Elektron kənd təsərrüfatı informasiya sistemi (e-Agro);

• e-sosial (sosial müdafiə ilə bağlı xidmətlər üçün elektron qaydada müraciət üçün portal);

• Dövlət Gömrük Xidmətləri;

• “ASAN ödəniş”;

• “myGov”;

• Elektron Təhsil Tələbə Krediti;

• Elektron Məhkəmə Sistemi;

• “Rəqəmsal icra hakimiyyəti” portalı;

• “Yolumuz Qarabağa” portalı,

• Digər portal və sistemlər.

“ASAN Login”də qeydiyyatdan keçin, bir çox sistemlərdə olan hesablarınızı vahid məkandan idarə edin!