AZ
  • AZ
  • EN
Binəqədi rayonunda “Azərbaycan Səninlədir - Sənsiz deyil!” 10-cu Yaradıcılıq Festivalı qaliblərinin “15 iyun–Milli Qurtuluş Günü”nə həsr olunmuş bayram konserti keçirildi

10 iyun 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsi və 6 № li Uşaq-Gənclərin İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında 5 yanvar 2022-ci il tarixli 3069 saylı Sərəncamının icrası məqsədilə Binəqədi rayon orta ümumtəhsil və incəsənət məktəblərinin şagirdlərinin təqdimatında “Azərbaycan Səninlədir - Sənsiz deyil!” 10-cu Yaradıcılıq Festivalı qaliblərinin “15 iyun–Milli Qurtuluş Günü”nə həsr olunmuş bayram konserti keçirilmişdir.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri – Madər Musayev, Eldar İbrahimov, Kəmaləddin Qafarov, Cavid Osmanov, Arzu Nağıyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri cənab Elmin İmanov, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi cənab İbrahim Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, şəhid ailələrinin üzvləri, qazilər, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, orta ümumtəhsil, məktəbəqədər və incəsənət məktəblərinin rəhbərləri və müəllimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbirdən öncə qonaqlar Ulu Öndərin Rayon İcra Hakimiyyətinin inzibati binasında ucaldılan büstü önünə gül dəstələri qoyaraq, əziz xatirəsini böyük ehtiramla yad etdilər.

Ətraflı: http://binegedi-ih.gov.az/az/news/bineqedi-rayon-orta-umumtehsil-ve-incesenet-mekteblerinin-sagirdlerinin-teqdimatinda-azerbaycan-seninledir-sensiz-deyil-10-cu-yaradiciliq-festivali-qaliblerinin-15-iyunmilli-qurtulus-gunune-hesr-olunmus-bayram-konserti-kecirildi.html

https://www.youtube.com/watch?v=wuuaMbXmjKA

https://www.youtube.com/watch?v=eSwhH1abtJc