AZ
  • AZ
  • EN
13 iyun 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya yeni seçki keçirildi.

Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 16.05.2022-ci il tarixli 113/a saylı Sərəncamı ilə Binəqədi RIH yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Komissiya yaradılmışdır.


RIH başçısının müavini, seçki komissiyasının sədri Sevinc Süleymanova çıxışında qeyd etdi ki, İctimai Şuraların əsas məqsədi həmin yerli icra hakimiyyətlərinə dəstək olmaq, yerlərdə olan müraciətləri araşdırmaq, problemin birgə həlli yolunu tapmaqdır. Dövlət qurumlarının fəaliyyətində məhsuldarlığın, eləcə də şəffaflığın və hesabatlılığın artırılmasında İctimai Şuraların səmərəli ictimai nəzarət mexanizminin gücləndirilməsi mütləqdir.


Tədbirin gedişatında Binəqədi RIH yanında İctimai Şuranın ötən iki il ərzindəki fəaliyyəti dövründə hesabat xarakterli məlumatlar dinlənildi. Daha sonra Komissiya üzvlərinin iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərinin gizli səsvermə yolu ilə yeni namizədlərinin irəli sürülməsilə İctimai Şuranın yeni tərkibinin formalaşması baş tutdu. ...


Ətraflı: http://binegedi-ih.gov.az/az/news/13-iyun-2022-ci-il-tarixinde-bineqedi-rayon-icra-hakimiyyetinin-inzibati-binasinda-rayon-icra-hakimiyyeti-yaninda-ictimai-suraya-yeni-secki-kecirildi.html