AZ
  • AZ
  • EN
16 iyun 2022-ci il tarixində 298 nömrəli tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

16 iyun 2022-ci il tarixində 298 nömrəli tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, RİH başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.

Görüşdə iştirak edən Binəqədi rayon sakinləri görülmüş işlərlə bağlı ölkə başçısına öz təşəkkürlərini bildirdilər.

RİH başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə məlumat verərək, görüşdə iştirak edən sakinlərin kanalizasiya xəttinin çəkilməsi və təmiri, məcburi köçkün olan vətəndaşın yaşayış yerinin müvəqqəti dəyişdirilməsi, maddi vəziyyətinin aşağı olması səbəbindən təhsil haqqının ödənilməsi və s. ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Sonda RİH-in başçısı Elxan Allahverdiyev Elektron Hökümət portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verdi, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd etdi.

http://binegedi-ih.gov.az/az/news/bineqedi-rayon-icra-hakimiyyetinin-bascisi-elxan-allahverdiyevin-bileceri-qesebe-sakinleri-ile-novbeti-seyyar-qebulu-kecirildi.html