AZ
  • AZ
  • EN

Yaşayış sahəsinə ehtiyac olan qismində vətəndaşların uçota alınması

Xidmətin məzmunu

Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması

Xidmət üzrə lazım olan sənədlər

1.İmtiyazı təsdiq edən vəsiqənin notarial qaydada təsdiq edilmiş surəti
2.Doğum şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti
3.Nikah şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti
4.Vətəndaşın mülkiyyətində mənzil və ya torpaq sahəsinin olub -olmaması barədə arayış
5.Şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surəti
6.Arayış-Forma 2 (İcra nümayəndəliyindən, MİS-dən, Kooperativ binalardan)
7.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış (18 yaşından yuxarı öz ailə üzvlərinin hər birinin adına)
8.Yerli Bələdiyyədən arayış ( adlarına torpaq sahəsi olub-olmaması barədə-18 yaşından yuxarı öz ailə üzvlərinin hər biri)
9.2 №-li forma üzrə arayışda olan ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətləri
10.Ailə üzvlərindən işləyən varsa iş yerindən mənzil növbəliliyində olub- olmaması barədə arayış
11.Uşaqların doğum şəhadətnamələrinin surəti
12.Mənzilin, evin qeydiyyat vərəqəsi
13.Əlillik barədə Tibbi-sosial ekspert komissiyası arayışının surəti
14.Əlillik vəsiqəsi və ya Şəhid ailəsi vəsiqəsinin surəti
15.Mənzilin orderi

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar

Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması İcra Hakimiyyətinə təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin İcra Hakimiyyəti (bundan sonraa – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir;

Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuledilmə tarixi barədə qəbz verilir;

Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən Mənzil Məcəlləsinin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir;

Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar

İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər.

Ərizə və ya şikayət ""İnzibati icraat haqqında"" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə ""İnzibati icraat haqqında"" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.