AZ
  • AZ
  • EN

On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilməsi

Xidmətin məzmunu

On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilməsi

Xidmət üzrə lazım olan sənədlər

1.Himayəçinin sağlamlığı haqqında əsəb-ruhi, onkoloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən arayışlar
2.Himayəçi üçün yaşayış yerindən 2 saylı forma arayış
3.Yetkinlik yaşına çatmayanın razılıq ərizəsi
4.Himayəyə götürülən şəxsin valideynlərinin şv-nin surəti
5.Himayəçi adından İcra Hakimiyyəti başçısının adına notarial qaydada təsdiq edilmiş ərizə
6.Himayəçinin tərcümeyi-halı
7.Himayəyə götürülənin yaxın qohumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri
8.Himayəyə götürənin nikah haqqında şəhadətnaməsinin surəti
9.Himayəyə götürülənin təhsil alması barədə arayış
10.Himayəçi üçün iş yerindən arayış (əmək haqqı göstərilməklə) və xasiyyətnamə (işləyirsə)
11.Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə məhkəmənin qətnaməsinin surəti
12.Himayəyə götürülənin doğum haqqında şəhadətnaməsinin surəti
13.Himayəyə götürülənin şəxsiyyət vəsiqəsinin surəti
14.Valideynlər haqqında məlumat (ölüm haqqında şəhadətnamənin surəti, valideynlik hüququndan məhrum edilmə barədə qətnamənin və s. surətləri)

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar

Himayəçi olmaq istəyən şəxs ərizə ilə İcra Hakimiyyətinə müvafiq sənədlərlə birlikdə müraciət edir.

İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Orqanı himayəçinin təqdim etdiyi sənədləri yoxlayır, öz rəyi və yoxlama aktı ilə birlikdə himayəçi təyin edilməsi barədə İcra Hakimiyyəti Başçısının sərəncamının layihəsini hazırlayır.

İcra Hakimiyyətinin Başçısı on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçi təyin edilməsi barədə sərəncam imzalayır.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar

İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər.

Ərizə və ya şikayət ""İnzibati icraat haqqında"" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə ""İnzibati icraat haqqında"" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.