Qəyyumluqda Və Himayədə Olanların Əmlakı Barədə Rəy (icazə) Verilməsi
Xidmətin məzmunu
Qəyyumluqda və himayədə olanların əmlakı barədə rəy (icazə) verilməsi
Xidmət üzrə lazım olan sənədlər
1.Qəyyum və ya himayədə olanın şəxsiyyət vəsiqəsinin surəti
2.Qəyyum və ya himayədə olanın doğum haqqında şəhadətnaməsinin surəti
3.Qəyyumluqda və ya himayədə olanın əmlakının sənədlərinin surəti
4.Qəyyum və ya himayəçinin qəyyum və ya himayəçi təyin olunmasını təsdiq edən sənədin surəti
5.Qəyyum və ya himayəçinin şəxsiyyət vəsiqəsinin surəti
6.Ərizə

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
Himayəçi olmaq istəyən şəxs ərizə ilə İcra Hakimiyyətinə müvafiq sənədlərlə birlikdə müraciət edir.
İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Orqanı himayəçinin təqdim etdiyi sənədləri yoxlayır, öz rəyi və yoxlama aktı ilə birlikdə himayəçi təyin edilməsi barədə İcra Hakimiyyəti Başçısının sərəncamının layihəsini hazırlayır.
İcra Hakimiyyətinin Başçısı on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçi təyin edilməsi barədə sərəncam imzalayır.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər.
Ərizə və ya şikayət ""İnzibati icraat haqqında"" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə ""İnzibati icraat haqqında"" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.