AZ
  • AZ
  • EN

Uşağın adının və soyadının dəyişdirilməsinə icazə verilməsi

Xidmətin məzmunu

Uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyi nəzərə alınaraq icazə verilməsi

Xidmət üzrə lazım olan sənədlər

1.Yaşayış yerindən arayış (uşağın adı qeyd edilməklə)
2.Valideynlərdən vəfat edən varsa ölüm haqqında şəhadətnamənin surəti
3.Uşağın doğum haqqında şəhadətnaməsinin surəti
4.10 yaşı tamam olmuş uşağın razılıq ərizəsi
5.Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti
6.Ərizəçilərin şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri
7.Valideynlərin rəsmi nikahda yaşamasını təsdiq edən şəhadətnamənin surəti (boşanma varsa, nikahın ləğv edilməsi haqqında, valideynlərdən biri vəfat edibsə, ölümü haqqında şəhadətnamənin surəti)
8.Valideynlərin notariat qaydasında təsdiq olunmuş birgə ərizəsi

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar

Valideynlər notariat qaydasında təsdiq edilmiş ərizələri ilə İcra Hakimiyyətinə müvafiq sənədlərlə birlikdə müraciət edir;

İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Orqanı valideynlərin təqdim etdiyi sənədləri yoxlayır, öz rəyi ilə birlikdə uşağın ad və ya soyadının dəyişdirilməsi barədə İcra Hakimiyyəti Başçısının sərəncamının layihəsini hazırlayır;

İcra Hakimiyyətinin Başçısı uşağın ad və ya soyadının dəyişdirilməsi barədə sərəncam imzalayır.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar

İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər.

Ərizə və ya şikayət ""İnzibati icraat haqqında"" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə ""İnzibati icraat haqqında"" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.