AZ
  • AZ
  • EN

Yetkinlik yaşına çatmayan şəxsin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın üzərində notarial hərəkətlərin aparılmasına dair razılığın verilməsi

Xidmətin məzmunu

Azyaşlının mülkiyyətində olan daşınar və daşınmaz əmlakın üzərində notarial hərəkətlərin aparılmasına dair razılığın verilməsi

Xidmət üzrə lazım olan sənədlər

1.Azyaşlının doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyət vəsiqəsinin surəti
2.Əmlaka dair sənədlərin surəti
3.Yaşayış yeri və ailə tərkibi haqqında arayış
4.Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti
5.Ərizə

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar

Xidmət istifadəçisi Rayon İcra Hakimiyyətinin Başçısına ərizə ilə müraciət edir;

Ərizə və tələb olunan sənədlərlə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın iclasında baxılır və müvafiq qərar qəbul edilir;

Qəbul edilmiş qərardan çıxarış xidmət istifadəçisinə təqdim edilir.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar

İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər.

Ərizə və ya şikayət ""İnzibati icraat haqqında"" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə ""İnzibati icraat haqqında"" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.