AZ
  • AZ
  • EN

Vətəndaşlara ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışların verilməsi

Xidmətin məzmunu

Müvafiq ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışların verilməsi

Xidmət üzrə lazım olan sənədlər

1.Şəxsiyyəti təsdiq edən sənəd

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar

Xidmət istifadəçisi qeydiyyatda olduğu ərazidə rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə (yaşayış binalarının sakinləri Mənzil İstismar Sahəsinə) şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək şəxsən və ya nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədlər də təqdim edilməklə xidmət istifadəçisinin nümayəndəsi müraciət edir.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar

İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər.

Ərizə və ya şikayət ""İnzibati icraat haqqında"" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə ""İnzibati icraat haqqında"" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.